Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur.

             Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və AFFA-nın birgə təşkilatçılığı ilə əməkdar idman ustası, professor Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur. Turnirdə BİFM, Atəşgah, Vətən-I, Vətən-II, Təhsil RİM,  Vətən-III, Zirə, Keşlə, İskəndər Cavadov BFA komandalarını təmsil edən 200 nəfərədək futbolçu iştirak etmişdir.

         Nəticələrə görə yarışda 1-ci yerə Keşlə komandası, 2-ci yerə İskəndər Cavadov BFA komandası, 3-cü yerə isə BİFM komandası layiq görülmüşlər.

             Onu da qeyd edək ki, oyunlar “Neftçi Baza”da keçirilmişdir.

            I, II və III yeri tutmuş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.