“1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə günü” münasibəti ilə tədbir keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclərin Töhfəsi” İctimai Birliyi ilə birgə “1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə günü” münasibəti ilə maarifləndirici aksiya həyata keçirmişdir.  Aksiya zamanı Sahil bağında və şəhərin müxtəlif yerlərində əhali arasında  AİDS və HİV- lə bağlı minə yaxın bukletlər paylanılmışdır.

  Tədbirin əsas məqsədi gənclərin diqqətini problemə cəlb etmək və problem ətrafında məlumat bazası yaratmaq idi.

 Qeyd edək ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə  qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib.Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da  həyata keçirilir.