“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə sərgi təşkil olunub

 

    “1 iyun- Uşaqlaın Beynəlxalq Müdafiəsi  günü” münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) həyata keçirdiyi tədbirlər planına əsasən Xəzər rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub.

     Sərgidə  uşaqların yağlı və sulu boyalarda çəkilmiş rəsm əsərlərindən, qrafika, heykəltəraşlıq nümunələrindən, bəzək əşyaları və rəngli kağızlardan düzəldilən aplikasiyalardan, ekibanolardan ibarət  əsərlər nümayiş etdirilib.

  Uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra  rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldı.

    Tədbirin sonunda  2 nömrəli xüsusi internat məktəbində fəaliyyət göstərən dərnəy üzvlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub.