1 İYUN — UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ “CIRTDAN” YARIŞI KEÇİRİLMİŞDİR

     Xətai rayonu ərazisində yerləşən 15 nömrəli Uşaq Gənclər İdman Məktəbində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Cırtdan” yarışı keçirilmişdir. Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Valentina Sultanova və digər rəsmi şəxslər iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışlar. II – IV sinif şagirdləri arasında yarış 4 növ üzrə – yerindən uzunluğa tullanma estafeti, topların və halqaların istifadəsi ilə qarşılıqlı estafet, basketbol topunun aparılması estafeti və qapıya qol vurma növləri üzrə keçirilmişdir. Yarışın nəticəsinə görə I yeri 269 nömrəli tam orta məktəbin komandası, II yeri 245 nömrəli tam orta məktəbin komandası, III yeri 263 nömrəli tam orta məktəbin komandası tutmuşlar.