“1 oktyabr- Beynəlxalq Ahıllar Günü” münasibətilə Baş İdarə tədbir keçirib

“1 oktyabr- Beynəlxalq Ahıllar Günü” münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bilgəh Müharibə və Əmək Əlilləri Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  rəis müavini Aydın Yusifov çıxış edərək ahılları əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhəta olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Əlamətdar gün münasibətilə ahıllar üçün çay süfrəsi açılıb. Tədbirdə “Bəyaz Gecələr” Yaradıcılıq Mərkəzinə rəhbərlik edən, müğənni Səyyad Əlizadə öz ansamblı ilə birgə çıxış edib. Bununla yanaşı digər müğənnilər də sevilən mahnılarını ifa ediblər. Ahıllar milli musiqilərin sədaları altında qol qaldırıb rəqs ediblər. Tədbirdə ahıllarla bərabər BŞGİBİ-nin nümayəndələri, müğənnilər və media nümayəndələri də iştirak edib.
Qeyd edək ki, 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq,  ahıllara diqqət və qayğı göstərmək, onları “Ahıllar günü” münasibətilə təbrik edərək əhval-ruhiyyələrini yüksəltmək və onlara olan sevgini bir daha nümayiş etdirmək idi.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort