“1 oktyabr- Beynəlxalq Ahıllar Günü” münasibətilə Baş İdarə tədbir keçirib

   “1 oktyabr- Beynəlxalq Ahıllar Günü” münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bilgəh Müharibə və Əmək Əlilləri Mərkəzində  tədbir keçirilib. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin  gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov  çıxış edərək  ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhəta olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Əlamətdar gün münasibətilə ahıllar üçün çay süfrəsi açılıb. Tədbirdə Laçın İnstrumental Ansamblı  çıxış edib.        Ahıllar milli musiqilərin sədaları altında qol qaldırıb rəqs ediblər.
Qeyd edək ki, 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq,  ahıllara diqqət və qayğı göstərmək, onları “Ahıllar günü” münasibətilə təbrik edərək əhval-ruhiyyələrini yüksəltmək və onlara olan sevgini bir daha nümayiş etdirmək idi.

     Sonda Baş İdarə tərəfindən Müharibə və Əmək Əlilləıri Mərkəzinə bayram sovqatı və müxtəlif məişət məhsulları hədiyyə edilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort