“1 oktyabr – Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirildi

                 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunşu rayon Gənclər İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə rayonun Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət mərkəzində tədbir keçirilib.  Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinın rəisi Raqif Abbasov,  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova,  Sabunçu rayon YAP-nın sədri Mehriban Abbasquliyeva, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif  Əliyev  və digər qonaqlar iştirak ediblər.

              Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb. Bu gün respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır, onların sağlam həyat tərzində yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, ölkənin sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması üçün əlverişli şəraitin yaradıldığını vurğulayıb.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova,  Sabunçu rayon YAP-nın sədri Mehriban Abbasquliyeva da  çıxış edərək ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən, eyni zamanda, gənclərimizin ahıl insanların zəngin təcrübəsindən yararlanması istiqamətində görülən işlərdən danışıb, ahıllara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

       Tədbir başlamazdan əvvəl bir qrup pansionat sakini üçün DTX-nin Heydər Əliyev adına Akademiyasının Şöhrət Muzeyinə ekskursiya təşkil olunmuşdur.

      Həmçinin çıxışlardan sonra ahıllar arasında keçirilən nərd yarışının qaliblərı mükafatlandırılmış və xatirə şəkli çəkdirilmişdir.