10 YAŞADƏK OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİKLƏRİ BAŞA ÇATDI

             Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2008 – 2009-cu il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birincilikləri başa çatdı. Yarışda 3 №-li RİOEUGİŞM, 4 №-li İOEUGİŞM, 11 №-li UGİM, HİRŞDK, “Neftçi” İK İB, “Ağ At” ŞK, “Ağ Top” ŞK, Elfim ŞK, Suraxanı GE, VHŞA, Sərhədçi İOM və Respublika Şahmat Klubunu təmsil edən 69 nəfər idmançı (onlardan 31 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar 9 turdan ibarət İsveçrə sistemı üzrə keçirilmişdir. Yekun nəticələrə əsasən 10 yaşadək oğlanlar arasında I yeri 8,5 xalla Süleymanov Əli (3 №-li RİOEUGİŞM), II yeri 7,0 xalla Tarverdiyev Rəsul (4 №-li İOEUGİŞM), III yeri 6,5 xalla (əmsal 36,5) Orucov Həsən (4 №-li İOEUGİŞM), 10 yaşadək qızlar arasında I yeri 8,5 xalla Abdinova Nərmin (HİRŞDK), II yeri 7,5 xalla Hacızadə Bahar (Elfim ŞK), III yeri 6,5 xalla Heydərova Azadə (HİRŞDK) tutmuşlar. Bundan əlavə 10 yaşadək oğlanlar arasında IV yeri 6,5 xalla (əmsal 33,5) tutmuş Muxtarov Raul (3 №-li RİOEUGİŞM), V yeri 6,5 xalla (əmsal 31,5) tutmuş Davudov Tunar (3 №-li RİOEUGİŞM), 10 yaşadək qızlar arasında IV yeri 6,0 xalla (əmsal 33,0) tutmuş İsrafilzadə Zəhra (3 №-li RİOEUGİŞM) da respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Yarışda həmçinin Orucov Həsən (4 №-li İOEUGİŞM) 6,5 xal, Məhərrəmli Sərxan (Elfim ŞK) 6,0 xal, Alışov Ramal (RŞK) 5,5 xal toplayaraq I (birinci) dərəcə normasını, Nəsirova Xana (HİRŞDK) 5,5 xal, Həsənova Əsmər (Sərhədçi İOM) 5,0 xal və Cabbarlı Şəms (Elfim ŞK) 5,0 xal toplayaraq II (ikinci) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda                     I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.        

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort