10 YAŞADƏK OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT YARIŞINA START VERİLDİ

9 aprel 2015-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2005 – 2006 – cı il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliynə start verilmişdir. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, “Əlifba” UTE, “Ay Ulduz” İK və Respublika Şahmat Klubunu təmsil edən 59 nəfər idmançı (onlardan 26 nəfəri qızlardır) iştirak edir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilir. Yekun nəticələrə əsasən oğlanlar arasında ilk 4 yeri və qızlar arasında ilk 5 yeri tutmuş idmançı may ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.