12 saylı Cəzaçəkmə Müəssisəsində mini-futbol üzrə turnir keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Baş İdarənin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş mini-futbol üzrə turnir keçirilmişdir. Cəzaçəkmə Müəssisəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri “Qarabağ” komandası, II yeri “Sahil” komandası, III yeri isə “Karvan” komandası tutmuşdur.
Turnirdə I, II və III yerlərə layiq görülmüş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri ilə və müvafiq dərəcəli diplomlarla təltif olunmuş, müəssisəyə voleybol toru və toplar hədiyyə edilmişdir.