12 YAŞADƏK QIZLAR ARASINDA ŞAHMAT YARIŞI BAŞA ÇATDI

    1 mart 2016-cı il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2004 – 2005-ci il təvəllüdlü (12 yaşadək) qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, RİOEUGŞM, HİRŞDK, Nizami rayonu UYYS və Respublika Şahmat Klubunu təmsil edən 18 nəfər idmançı iştirak etmişdir. Yarışlar İsveçrə sistemi üzrə keçirilmişdir. Yekun nəticələrə əsasən 12 yaşadək qızlar arasında I yeri 6,5 xalla Taba – Tabai Mehin (2 №-li İOEUGŞİM), II yeri 5,5 xalla Həsənova Ayan (2 №-li İOEUGŞİM) və III yeri 5,0 xalla (əmsal 18,5) Axundova Nərgiz (2 №-li İOEUGŞİM) tutmuşlar. Bundan əlavə 12 yaşadək qızlar arasında IV yeri 5,0 xalla (əmsal 18,0) tutmuş Paşayeva Cəmilə (2 №-li İOEUGŞİM) də bu ilin 30 may tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Yarışın bağlanış mərasimində yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.
Qaliblərimizi təbrik edirik !