12 YAŞADƏK OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİKLƏRİ BAŞA ÇATDI

                 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2007–2008-ci il təvəllüdlü (12 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birincilikləri başa çatmışdır. Yarışda 3 №-li RİOEUGİŞM, 4 №-li İOEUGİŞM, 11 №-li UGİM, HİRŞDK, “Ağ At” ŞK, Neftçi İK İB, “Ağ Top” ŞK, Xəzər ŞA, Şahklub ŞK, Sərhədçi İOM, Şağan OİK, Elif TM, “Elfim” ŞM, VHŞA, Xırdalan ŞM və Respublika Şahmat Klubunu təmsil edən 93 nəfər idmançı (onlardan 42 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 7,5 xalla Vəliyev Şahin (4 №-li İOEUGİŞM), II yeri 7,0 xalla (əmsal 38,5) Uğuzov Rəvan (3 №-li RİOEUGİŞM), III yeri 7,0 xalla (əmsal 33,0) Mehdiyev Əlimirzə (4 №-li İOEUGİŞM), qızlar arasında I yeri 7,0 xalla (əmsal 42,0) Heydarlı Nurtac (Xəzər ŞA), II yeri 7,0 xalla (əmsal 38,0) İsrafilzadə Zəhra (3 №-li RİOEUGİŞM), III yeri 7,0 xalla (əmsal 34,5) Şükürova Aydan (4 №-li İOEUGİŞM) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6,5 xalla tutmuş Tarverdiyev Rəsul (4 №-li İOEUGİŞM), V yeri 6,0 xalla (əmsal 33,5) tutmuş İsfəndiyarlı Kamal (3 №-li RİOEUGİŞM), həmçinin qızlar arasında IV yeri 7,0 xalla (əmsal 34,5) tutmuş Məhərrəmova Xumar (4 №-li İOEUGİŞM) və V yeri 7,0 xalla (əmsal 33,0) tutmuş Ələsgərova Səbinə (4 №-li İOEUGİŞM) də bu ilin 14 may tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Eyni zamanda oğlanlar arasında keçirilən yarışda Məmmədov İlqar 5,0 xal toplayaraq, qızlar arasında keçirilən yarışda Heydarlı Nurtac (Xəzər ŞA) 7,0 xal toplayaraq və İsrafilzadə Zəhra (3 №-li RİOEUGİŞM) 7,0 xal toplayaraq I (birinci) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

             Sonda yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort