14 VƏ 16 YAŞADƏK OĞLANLAR VƏ QIZLAR ARASINDA ŞAHMAT YARIŞLARI BAŞA ÇATDI

     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2000 – 2001-ci il təvəllüdlü (16 yaşadək) və 2002 – 2003-cü il təvəllüdlü (14 yaşadək) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birincilikləri keçirilmişdir. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 71 nəfər idmançı (onlardan 21 nəfəri qızlardır) iştirak etmişdir.

     Yekun nəticələrə əsasən 14 yaşadək qızlar arasında I yeri 6,0 xalla Abbasova Sədaqət (RİOEUGŞM), II yeri 5,5 xalla Məmmədova Fatimə (RİOEUGŞM), III yeri 5,0 xalla Hüseynova Aydan (RİOEUGŞM), 14 yaşadək oğlanlar arasında I yeri 8,5 xalla Aslanov Fərid (RİOEUGŞM), II yeri 6,5 xalla (əmsal 35,5) İsmayılov Muhəmməd (2 №-li İOEUGŞİM), III yeri 6,5 xalla (əmsal 34,0) Fərhadov Mikayıl (RİOEUGŞM), 16 yaşadək qızlar arasında I yeri 6,5 xalla İsmayılova Aysu (2 №-li İOEUGŞİM), II yeri 5,0 xalla Həsənzadə Ülkər (RİOEUGŞM), III yeri 4,5 xalla Quluzadə Nərmin (RŞK), 16 yaşadək oğlanlar arasında I yeri 6,0 xalla Abışlı Oğuz (RİOEUGŞM), II yeri 5,0 xalla Ələkbərov Emin (HİRŞDK), III yeri 4,5 xalla (əmsal 20,5) Rəfili Səid (1 №-li İOEUGŞDİM) tutmuşlar. Bundan əlavə 14 yaşadək qızlar arasında IV yeri 4,0 xalla (əmsal 16,5) tutmuş Quliyeva Nərgiz (RİOEUGŞM), 14 yaşadək oğlanlar arasında IV yeri 6,5 xalla (əmsal 32,0) tutmuş Kazımov Emin (2 №-li İOEUGŞİM), 16 yaşadək oğlanlar arasında IV yeri 4,5 xalla (əmsal 19,0) tutmuş İsmayılzadə İsmayıl (2 №-li İOEUGŞİM) və V yeri 4,5 xalla (əmsal 18,0) tutmuş Feyzullayev Tofiq (RŞK) də bu ilin 30 mart tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

     Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.