14 YAŞADƏK QIZLAR VƏ 16 YAŞADƏK OĞLANLAR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR BİRİNCİLİKLƏRİ BAŞA ÇATDI

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2004 – 2005-ci il təvəllüdlü (14 yaşadək) qızlar və 2002 – 2003-cü il təvəllüdlü (16 yaşadək) oğlanlar arasında şahmat üzrə Bakı şəhər birincilikləri başa çatdı. 14 yaşadək qızlar arasında I yeri 7,0 xalla Paşayeva Cəmilə, II yeri 5,0 xalla Rəşidova Nərgiz, III yeri 4,5 xalla (əmsal 19,5) Hacıyeva Altunay, 16 yaşadək oğlanlar arasında I yeri 5,5 xalla Rzazadə Ayxan, II yeri 5,0 xalla (əmsal 23,5) Mehrəliyev Emil, III yeri 5,0 xalla (əmsal 18,5) Əbdülbağıyev Rüfət tutmuşlar. Bundan əlavə 14 yaşadək qızlar arasında IV yeri 4,5 xalla (əmsal 19,0) tutmuş Həsənova Ayan, 16 yaşadək oğlanlar arasında IV yeri 5,0 xalla (əmsal 18,0) tutmuş Bayramov Ülvi və V yeri 4,5 xalla (əmsal 18,5) tutmuş Quliyev İzzət də bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.