14 yaşlı şahmatçıların Bakı birinciliyi

Respublika Şahmat Mərkəzində 2000-2001-ci il təvəllüdlü (14 yaşlı) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda Bakı şəhəri üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HRŞDK və Respublika Şahmat Klubunu təmsil edən 49 nəfər idmançı (onlardan 17 nəfəri qızlardır) iştirak edir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilir. Yekun nəticələrə əsasən ilk 4 yeri tutmuş oğlan və ilk 5 yeri tutmuş qız mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.