16 YAŞADƏK OĞLANLAR ARASINDA ŞAHMAT YARIŞI BAŞA ÇATDI

29 yanvar 2014-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 1998-1999-cu il təvəllüdlü (16 yaşadək) oğlanlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, RİOEUGŞM, HRŞDK, “Sərhədçi” İOM və Respublika Şahmat Klubunu təmsil edən 24 nəfər idmançı iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən I yeri 7,5 xalla Bünyatov Rüstəm (2 №-li UGŞİM), II yeri 7 xalla Rəhimli İlkin (RİOEUGŞM), III yeri 7 xalla Məmmədov Qulam (1 №-li İOEUGŞDİM) tutmuşlar. Bundan əlavə IV yeri 7 xalla tutmuş Abbasov Zaur (2 №-li UGŞİM) da bu ilin mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışdır. Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort