“17 noyabr – Milli Dirçəliş günü” nə həsr edilmiş mini-futbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

   10 – 17 noyabr  2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasında  “17 noyabr – Milli Dirçəliş günü” nə həsr edilmiş mini-futbol üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 8 komanda tərkibində 100 nəfər uşaq iştirak etmişdir. Birincilikdə  III yer uğrunda Qaradağ-1 – Suraxanı komandaları, final oyununda Rəvan -Xırdalan komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. Belə ki, III yer uğrunda keçirilən oyunda Qaradağ komandası 3:2 hesabi ilə Suraxanı komandasına qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda Rəvan komandası 4:1 hesabı ilə Xırdalan komandası üzərində qələbə qazanaraq turnirin qalibi adını qazanmışdır.

  Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, xatirə hədiyyələri və kubokla təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort