“17 noyabr – Milli Dirçəliş günü”nə həsr olunmuş mini-futbol oyunu

   Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “17 noyabr – Milli Dirçəliş günü”nə həsr olunmuş mini-futbol oyunu keçirilmişdir. Yarışmada Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Turizm İnstitunun birinci kurs tələbələrindən ibarət “Gənclik” komandası qarşılaşmışlar. Açılış mərasimində Tərbiyə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Araz Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər iştirakçıları bayram münasibətilə təbrik etmiş, onlara müvəffəqiyyətlər arzulamışlar. Olduqca maraqlı və gərgin oyun şəraitində keçən yarışmada 11 – 7 hesabı ilə Tərbiyə Müəssisəsinin komandası qalib gəlmişdir. Sonda yarış iştirakçıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilmiş, Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort