“18 oktyabr – Dövlət Müstəqillik Günü” ilə əlaqədar N saylı hərbi hissədə tədbir keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədə “18 oktyabr – Dövlət Müstəqillik Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə millət vəkili Aydın Hüseynov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, QRGİİ-nin rəisi Elçin Abbasov və digər qonaqlar iştirak etmişlər. Tədbirdə çıxış edən hərbi hissənin komandiri və digər natiqlər əsgərlərə cansağlığı arzuladılar və onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə etdilər. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışdılar.

      Sonra hərbi xidmətində fərqlənmiş bir qrup əsgər və zabit fəxri fərmanlarla təltif olundular.

   Çıxışlar başa çatdıqdan sonra “Laçın” instrumental ansamblınin incəsənət nümayəndələri rəngarəng bayram proqramını nümayiş etdirdilər.