1997-1998- ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

 13-16 fevral 2014-cü il tarixdə Bakı şəhər Gənclər və  İdman Baş İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən  Hövsan Olimpiya İdman Kompleksində 1997-1998- ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda Neftçi İSM, DİN İC, ROİL, 6 №-li UGGİM, Gömrükçü İC, Pəhləvan İK, Sərhədçi İK, İgid İK, Təhsil RİM, Zenit, Xəzri, 9 s UGİM, Həyat İK, Məhsul İC, Cəngi İK, Bakı İK,  Lokomotiv İSM, Spartak KBTİCRŞ, Azəri İK, X.Cəfərov ad. G.K -nı təmsil edən idmançılar mübarizə aparmışdır.

  Sərbəst güləş üzrə birincilikdə 184 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsində İntiqam Vəlizadə (ROİL), 46kq çəki dərəcəsində İlkin Məmmədov (Azəri), 50 kq çəki dərəcəsində Sabutay Əmişov (ROİL-Neftçi), 54 kq çəki dərəcəsidə Orxan Abbasov (Azəri), 58 kq çəki dərəcəsində Füzuli Hüseynov (ROİL), 63 kq çəki dərəcəsində Məhəmməd Qulamov (X.Cəfərov GK), 69 kq çəki dərəcəsində Ramal Quliyev (Neftçi İSM), 76  kq çəki dərəcəsində  Sənan Əlizadə (Neftçi İSM), 85 kq çəki dərəcəsində Cavid Sadıqov (6 saylı UGGİM), 100 kq çəki dərəcəsində Üzeyir Yusifov (6 saylı UGGİM) birinci yer tutmuşlar.

 Yunan-roma güləşi üzrə üzrə birincilikdə 228 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsində Zaur Nuriyev (Məhsul İC), 46 kq çəki dərəcəsində Seymur Hüseynov (Neftçi-Cəngi), 50 kq çəki dərəcəsində Sahil Nadirli (Məhsul İC), 54 kq çəki dərəcəsidə Ağamurad Qaraxanlı (Həyat İK), 58 kq çəki dərəcəsində Murad Allahverdiyev (Neftçi İSM), 63 kq çəki dərəcəsində Ülvi Qənizadə (Neftçi İSM), 69 kq çəki dərəcəsində Tuncay Vəzirzadə (Spartak İC), 76  kq çəki dərəcəsində  İqbal Əliyev (Neftçi İSM), 85 kq çəki dərəcəsində Pünhan Xəlilov (Neftçi İSM), 100 kq çəki dərəcəsində Hacı Uğur (DİN İC) birinci yer tutmuşlar.

 Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 Yarişlarda ilk 3 yeri tutmuş idmançılar mart ayında keçiriləcək Respublika turnirinə vəsiqə əldə etmişlər.