1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Şağan Olimpiya İdman Kompleksində 1997-98-ci il təvəllüdlü yeniyetmələr arasında Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İSM, Sumqayıt, Gəncə, Lokomotiv, Turan İK-nı təmsil edən 227 nəfər idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparmışdır. Nəticələrə görə 42 kq çəki dərəcəsi üzrə Dünyamalıyev Rəşad (Neftçi İSM), 46 kq çəki dərəcəsi üzrə İsmayılov Şakir (Neftçi İSM), 50 kq çəki dərəcəsində Seyidəliyev Mirfəttah (Neftçi İSM), 55 kq çəki dərəcəsində Abbaslı Namiq (Sumqayıt), 60 kq çəki dərəcəsində Əkbərli Ruhi (Gəncə), 66 kq çəki dərəcəsində Əmənov Nahid (Neftçi İSM), 72 kq çəki dərəcəsində Qocayev Vadim (Neftçi İSM), 78 kq çəki dərəcəsində Qafarov Kazım (Neftçi iSM), 84 kq çəki dərəcəsində Əkbərov Cəfər (Lokomotiv), +84 kq çəki dərəcəsində Ələsgərov Elmar (Turan İK) I yerlərə layiq görülmüşlər.

  I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.