2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərinin onlayn toplantısı keçirilib

     2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paytaxtın Binəqədi, Suraxanı, Yasamal və Nərimanov rayon gənclərinin onlayn toplantısı keçirilib.

       Əvvəlcə Vətən müharibəsində canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

       Çıxışlarda qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və 20 ildən çox müddətdir hər il silsilə tədbirlərlə müşayiət olunan Azərbaycan gəncliyinin bayram günü pandemiya şəraitinin gətirdiyi çətinliklərə baxmayaraq, yenə böyük ruh yüksəkliyi ilə qeyd edilir.

      Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu günün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanıb. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Məhz uzun illər ərzində aparılmış düzgün ideoloji siyasət nəticəsində bugünkü Azərbaycan gənci bütün sahələrdə öz sözünü deməkdədir. Vətən müharibəsi günlərində gənclərimiz döyüş meydanında şücaət göstərməklə yanaşı, COVID-19 pandemiyası ilə mübarizədə də fəallıq nümayiş etdirib. “Könüllülər ili” çərçivəsində yüzlərlə rayon gənci tənha yaşayan ahıllara sosial xidmət göstərərək onların gündəlik sosial ehtiyaclarının ödənilməsinə kömək ediblər.

                Gənclər çıxışlarında həyata keçirdiyi uzaqgörən siyasətə və 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbəyə görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

        Vətən müharibəsinin iştirakçıları konfransda çıxış edərək döyüş xatirələrini, təəssüratlarını bölüşüblər. Bildiriblər ki, xalqımızın Vətən müharibəsində qazandığı zəfər hər birimizə misli görülməmiş qürur yaşatdı. Onlar Azərbaycan Ordusunun qüdrətindən, yüksək peşəkarlığından və vətənpərvərliyindən bəhs edərək xalqımızı qələbə münasibətilə təbrik ediblər.

                  Sonda yüksək fəallığı ilə seçilən gənclərin bir qrupu fəxri fərmanlarla təltif ediliblər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort