2 fevral “Gənclər Günü” ilə bağlı toplantı keçirilmişdir.

   Bu gün Qurban Abbasov adına Mədəniyyət Sarayında  Suraxanı rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  2 fevral “Gənclər günü” ilə bağlı toplantı keçirilmişdir. Toplantıda Suraxanı rayon İH-nın başçısı İlqar Abbasov, Baş İdarənin rəisi Raqif Abbasov çıxış etmişdir. Sonra Suraxanı rayon Gİİ-nin rəisi Amil Bagırov il ərzində gənclər sahəsində keçirilmiş müxtəlif səpkili tədbirlər, dövlət gənclər siyasətinin rayon ərazisində icrası ilə əlaqədar geniş hesabat vermişdir. Çıxışlardan sonra  rayonun ictimai siyasi həyatında fəal iştirak etmiş bir qrup gənc, cəsurlar hərbi idman oyunu üzrə Bakı şəhər və respublika birinciliyində rayonu uğurla təmsil etmiş 285 №li orta məktəbin komandası, şahinlər hərbi idman oyunu üzrə Bakı şəhər və respublika birinciliyində rayonu uğurla təmsil etmiş 76 №li orta məktəbin komandası, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda insa yazi musabiqəsinin qalibləri  fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif edilmişlər.

  Tədbir bədii proqramla davam etmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort