2 fevral Gənclər Gününə həsr olunmuş boulinq üzrə yarış keçirilmişdir.

    Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında 2 fevral Gənclər Gününə həsr olunmuş boulinq üzrə yarış keçirilmişdir. Yarışmada 15 komanda iştirak etmişdir.  Nəticələrə görə I yerə Azərbaycan Universitet, II yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, III yerə Bakı Humanitar Kolleci layiq görülmüşdür. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.