2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi keçirilib

      Novruz bayramı münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) həyata keçirdiyi tədbirlər planına əsasən Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində rəsm müsabiqəsi və əl işlərindən ibarət sərgi təşkil olunub.

    Tədbirdə Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov uşaqları salamlamış, onlara öz yaradıcılığnda və gələcək həyatlarında uğurlar arzulamışdır.

        Rəsm müsabiqəsindən sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldıqdan sonra xatirə şəkili çəkdirblər.