20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir

     Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVIII ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin  şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və gənclərin iştirakı ilə toplantı keçirilib. Gəncliyə Yardım Fondunda təşkil olunmuş tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Abdulqafur Böyükfırat,  20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar Fondunun sədri Maral  Zamanova, gənclər və yazı müsabiqəsində qalib gələn məktəblilər iştirak ediblər.
      Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə cıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Ahmed Tecim 20 Yanvar faciəsindən 28 il keçməsinə baxmayaraq, bu hadisələrin heç vaxt yaddaşdan silinməyəcəyini qeyd edib. O, şəhidlərimizin Vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirib. Ahmed Tecim bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
            BŞGİBİ-nin rəisi Raqif Abbasov 20 Yanvar faciəsinin tariximizdə ən böyük vətənpərvərlik nümunəsi olduğunu, şəhidlərimizin göstərdikləri qəhrəmanlığı xalqımızın hər zaman xatırlayacağını qeyd edib. O, gənclərin 20 Yanvar hadisələrini daha dərindən öyrənməli olduqlarını bildirib.
        Raqif Abbasov 20 Yanvar faciəsinə Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 1994-cü ildə Milli Məclisdə hüquqi qiymət verildiyini, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində Ulu Öndərin əvəzolunmaz işlər həyata keçirdiyini vurğulayıb.
        Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Abdulqafur Böyükfırat qeyd etmişdir ki, 20 yanvarda Azərbaycan xalqə böyük bir faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını, bir daha nümayiş etdirmişdir.
   Çıxışlardan sonra müsabiqədə I, II, III və fərqlənmiş yerləri tutmuş iştirakçılar mükafatlandırılıb. Qaliblər aşagıdakılardır:

I yer – Fidan Quluzadə (Yasamal rayonu 20 saylı məktəb – lisey)

II yer – Vüsalə Heydərova (Suraxanı rayonu 87 saylı tam orta məktəb)

III yer – Gülçin Hacıyeva (Xətai rayonu Humanitar Fənlər liseyi)

 

 

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort