20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Free Fighting döyüş növləri üzrə Bakı şəhər turniri keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Balaxanı Olimpiya İdman Kompleksində 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Free Fighting döyüş növləri üzrə Bakı şəhər turniri keçirilmişdir.  Turnirdə Sumqayıt İK, Suraxanı İK, Astara rayonu, Sumqayıt OİK, Cəngavər İK, Xəzər Adaları və başqa klubları təmsil edən idmançılar  3 yaş qrupunda 10 çəki dərəcəsi üzrə  mübarizə aparmışdır. Nəticələrə görə Muradov Fuad, Hacıyev Kənan, Qandaşbəyov Rahim, Xanməmmədli Orxan, Həsənov Lətif, Hümbətov Yusif, Məmmədli Abbas, Hüseynov Ceyhun, Əlizadə Sahib, Fərəcli Ömrüm, Muradov Elşən, Enkin Ruslan, Həsənov Fuad, Qədirov Pərviz, Babazadə Vaqif, Dədəcanov Kənan, Eyvazlı Mehdihüseyn, Aadəliyev Mətin, Bəşirov Emin, Nəcəfov Salman, Cəfərzadə Hafiz, Allahverdiyev kamran, Azadlı Ülvi, cəfərov Səlahəddin I yerləri tutmuşlar.

Qalib gəlmiş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.