23 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər açıq birinciliyinə yekun vurulub.

       Sərhədçi Olimpiya İdman Mərkəzində U-23 cüdoçular arasında  Bakı şəhər açıq birinciliyinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30 klubdan 288 cüdoçu (254 oğlan, 34 qız) mübarizə aparıb.

            Oğlanların mübarizəsində Rəşad Baxşəliyev (60 kq) və  Rəşid Məmmədəliyev (66 kq) qızıl medal qazanıb. Qızlar arasında isə Şəfəq Həmidova (48 kq), Elvira Əsgərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Cəmalə Muqumova (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq), Aytəkin Paşazadə (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları verilib. Paytaxt birinciliyinin ilk günü 60 illik yubileyini qeyd edən beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmliyə Azərbaycan Cüdo Federasiyasının xüsusi hədiyyəsi təqdim olunub.

              Yarışın ikinci günü oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar məlum olub. Sənan Əhmədov (73 kq), Samir Ağayev (81 kq), Əkbər Quliyev (90 kq), İmran Yusifov (100 kq), Cəfər Əkbərli (+100 kq) qızıl medal qazanıb. Qalib və mükafatçılara Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları verilib. Qeyd edək ki, bu yaş kateqoriyası üzrə Azərbaycan birinciliyi iyunun 12-13-də keçiriləcək.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort