“28 may – Respublika Günü” münasibəti ilə vətənpərvərlik mahnılarından ibarət konsert proqramı keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Müasir İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “28 may – Respublika Günü” münasibəti ilə vətənpərvərlik mahnılarından ibarət konsert proqramı keçirilmişdir. Tədbirə Azərbaycan Dövlət Himni canlı oxunduqdan sonra start verilib. Keçirilən tədbirin əhəmiyyətindən danışan Baş İdarənin rəis müavini Aydın Yusifov bildirib ki, belə tədbirləri hər il ənənəvi olaraq qeyd etmək də əsas məqsədimiz Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, böyüməkdə olan gənc nəsil arasında tariximizi təbliğ etməkdən ibarətdir”.

 Rəsmi hissə bitdikdən sonra konsert proqrami nümayiş etdirilmişdir.Tanınmış incəsənət xadimlərinin ifasında səslənən Azərbaycanla – Vətənlə bağlı olan ifalar tədbirə gözəl bir rəng qatmışdır.