28 May – Respublika Günü münasibətilə idman yürüşü keçirilib

   28 May – Respublika Günü münasibətiləDövlət Təhlükəsizliyi Xidməti (DTX) və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə   Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının və Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə birgə idman yürüşü keçirilib.

   İdman yürüşündə DTX-nın rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev də iştirak edib.

    Yürüşdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Mədət Quliyev 28 May – Respublika Günü münasibəti ilə yürüş iştirakçılarını təbrik edib. O, yürüşün keçirilməsi üçün edilən təşəbbüsə dəstək verdiklərinə görə KİV nümayəndələrinə minnətdarlığını bildirib: “Bizim çağırışımıza hamı qoşuldu. Bu, bizim xalqımızın bir yerdə olduğunu göstərir”.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev deyib ki, müstəqilliyi qazanmaq asan, lakin onu qoruyub saxlamaq çox çətindir: “Dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərtərəfli islahatlar nəticəsində iqtisadi böhranın ölkəmizə təsirləri minimuma endirilib”.

A. Babayev əlavə edib ki, həm regionda, həm də dünyada Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan müəyyən qüvvələr var.

Daha sonra yürüş başlayıb. Dövlət Bayrağı Meydanından başlayan idman yürüşü Bakı saat qülləsində başa çatıb.

Sonda qaliblər və iştirakçılar təltif edilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort