“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş ənənəvi futzal turnirinin təltifetmə mərasimi keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Alman-Azərbaycan Cəmiyyəti tərəfindən 28 dekabr 2013-cü il tarixdə “Kopellhaus”da “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş ənənəvi futzal turnirinin təltifetmə mərasimi keçirilmişdir.

    Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, sektor müdiri Adil Ağayev, Alman-Azərbaycan Cəmiyyətinin sədri Cingiz Abdullayev,  veteran futbolçu, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, professor Ələkbər Məmmədov və veteran futbolçular iştirak etmişlər. Tədbirdə çıxış edən qonaqlar ölkə başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətini yüksək qiymətləndirmışlər və yeniyetmə futbolçulara uğurlar arzulamışlar. Sonra turnirin qaliblərinin mükafatlandırma mərasimi başlamışdır.

   Onu da qeyd edək ki,  bu turnir 2000 – 2001-ci il təvəllüdlü idmançılar arasında keçirilmişdir. Turnirdə 11 komanda tərkibində 154 idmançı iştirak etmişdir. Turnirdə III yer uğrunda Qaradağ-İnam-1 komandaları və final oyununda BİFM-1 – BİFM-2 komandaları arasında oyunlar çox gərgin şəraitdə keçirilmişdir. III yer uğrunda keçirilən oyunda 0:1 hesabı ilə İnam-1 komandası qalib gələrək turnirin III yerinə layiq görülmüşdür. Final oyununda 3:2 hesabı ilə BİFM-1 komandası qalib gələrək turnirin qalibi adını qazanmışdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort