31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

           Bakı Slavyan Universitetinin Tələbə-Gənclər Təşkilatı və Nəsimi rayon Gənclər və İdman İdarəsi ilə birgə 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş anım tədbiri keçirib. Tədbir iştirakçıları Hərbi Prokurorluqda olmuş, burada azərbaycanlıların soyqırımına həsr olunmuş şəkillərdən, tarixi sənədlərdən, cinayət aktlarında istifadə edilmiş silah və hərbi sursatdan, faciələrin baş verdiyi copğrafi məkanların xəritələrindən ibarət xüsusi bölmə ilə tanış olublar.

       Tədbirdə çıxış edən BSU-nun tələbəsi Əsmər Bayramova Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlətinin mahiyyəti və məqsədləri haqqında ətraflı məlumat verib. O, vurğulayıb ki, erməni işğalçılarının və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçiliklərinin tarixi çox uzaqlara – 200 il əvvəlki dövrlərə gedib çıxır.
BSU-nun digər tələbəsi Nərmin Adil çıxışında tarixə ekskurs edərək, hələ Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə 31 mart azərbaycanlılara qarşı soyqırımı faktlarının tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradıldığını və Cümhuriyyətin Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurumun həmin cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük işlər gördüyünü nəzərə çatdırıb.
N.Adil yalnız Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini və 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd edilməyə başlanıldığını vurğulayıb.
Sənədlərlə tanış olan tələbələr də hadisələr barədə öz fikirlərini bölüşüblər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort