31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

       Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsində gənclərin iştirakı ilə “31 Mart Azərbaycanlıların Soyqrımı Günü”nə həsr edilmiş anım tədbiri keçirildi.
       İlk öncə tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
       Tədbiri giriş sözü ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov açaraq “31 mart Azərbaycanlılarının Soyqırımı günü” barədə bildirdi ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri, tarixi abidələri dağıtmışlar.
       Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bildirildi ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir.
      Sonra BŞGİBİ -nin rəisi Raqif Abbasov qeyd etdi ki, gənclər tariximizi unutmamalı, ondan dərs çıxarmalı və soyqırımının dünyada tanıdılması istiqamətində fəallıq nümayiş etdirməlidirlər.
      Tədbirin sonunda soyqırımı hadisələrini əks etdirən qısametrajlı film nümayiş olunub.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort