“Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na ekskursiya təşkil edilmişdir.

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu”na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrinin (Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti, Turizm İnstitutu, Avrasiya Universiteti, Tibb Kolleci və digər ali təhsil ocaqlarının I kurs tələbələri) “Tariximizi tanıyaq və tanıtdıraq” devizi altında ekskursiyası təşkil edilmişdir.

Ekskursiya zamanı bələdçi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri haqqında çox geniş məlumat vermiş və gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.