6 nömrəli respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud uşaqlar üçün bədii-yaradıcılıq müsabiqəsi keçirilmişdir.

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakının Xəzər rayonunun Türkan qəsəbəsindəki 6 nömrəli respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud uşaqlar üçün  bədii-yaradıcılıq müsabiqəsi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev,6 nömrəli respublika xüsusi internat məktəbin müdiri Yaqut Müseyibbəyli   iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov gənc istedadları salamlamış, onlara dövlət qayğısının artırıldığını,  hər cür imkandan istifadə edərək uşaqların öz yaradıcı qabiliyyətlərinin üzə çıxarılmasını, onların  irəliyə gedərək gələcəyə dolğun bir vətəndaş kimi yetişmələrini arzulamışdir. Tədbirdə iştirak edən uşaqlar musiqi, rəqs, teatr  və poeziya  nominasiyaları üzrə  çıxış etmişlər. İştirakçılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.