Seibukai kontakt karate üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.

      Pirşağı – Kürdəxanı İdman Zalında “9 noyabr – Dövlət Bayrağı günü”nə həsr olunmuş seibukai kontakt karate üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Yarışın rəsmi açılış mərasimində seibukai kontakt karate idman klubunun prezidenti Elçin Həşimov iştirakçıları salamlamış, onlara müvəffəqiyyətlər arzulamışdır. Yarışda 23 çəki dərəcəsində 140 nəfər idmançı (onlardan 7 nəfəri qızlar və qadınlardır) iştirak etmişdir. Komanda hesabında I yeri Maştağa Olimpiya İdman Kompleksi, II yeri Pirşağı – Kürdəxanı İdman Zalı, III yeri Zirə Olimpiya Kompleksi tutmuşdur. Hər bir çəki dərəcəsi üzrə qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla təltif olunmuşlar.