8 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi başa çatdı

   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2008-ci il təvəllüdlü (8 yaşadək) və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışda 1 №-li İOEUGŞDİM, 2 №-li İOEUGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HİRŞDK, “Neftçi” İK İB, Suraxanı Gənclər Evi, “Elfim” ŞM və Respublika Şahmat Klubunu təmsil edən 61 nəfər idmançı (onlardan 33 nəfəri qızlardır) iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 7,0 xalla Süleymanov Əli (RİOEUGŞM), II yeri 6,5 xalla (əmsal 33,5) Məmmədov Ziya (RİOEUGŞM), III yeri 6,5 xalla (əmsal 32,0) Rzazadə Nihad (3 №-li UGŞİM), qızlar arasında I yeri 8,0 xalla Abaszadə Suada (2 №-li İOEUGŞİM), II yeri 7,0 xalla Zeynalova Məryəm (RİOEUGŞM), III yeri 6,5 xalla Abbasova Zərifə (HİRŞDK) tutmuşlar. Bundan əlavə oğlanlar arasında IV yeri 6,5 xalla (əmsal 30,5) tutmuş Səfiyev Elvin (1 №-li İOEUGŞİM), V yeri 6 xalla (əmsal 31,0) tutmuş Süleymanlı İsmayıl (1 №-li İOEUGŞİM), VI yeri 6 xalla (əmsal 31,0) tutmuş Muxtarov Raul (RİOEUGŞM), həmçinin qızlar arasında IV yeri 6 xalla (əmsal 34,0) tutmuş Səmədli Nərgiz (RİOEUGŞM), V yeri 6 xalla (əmsal 30,5) tutmuş Ostroumova Darya (2 №-li İOEUGŞİM) və VI yeri 6 xalla (əmsal 28,5) tutmuş Abdinova Nərmin (HİRŞDK) də bu ilin 30 may tarixində keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışlar.
Eyni zamanda oğlanlar arasında keçirilən yarışda Qurbanlı Uğur (RGK) 6 xal toplayaraq II (ikinci) dərəcə normasını, Əliyev Paşam (RŞK) 4 xal toplayaraq III (üçüncü) dərəcə normasını və qızlar arasında keçirilən yarışda Abdinova Nərmin (HİRŞDK) 6 xal, Əliyeva Ayşə (RŞK) 5,5 xal toplayaraq III (üçüncü) dərəcə normasını yerinə yetirmişlər.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort