8 yaşlı şahmatçıların Bakı birinciliyinə start verildi

7 aprel 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı (8 yaşadək) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda Bakı şəhəri üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, 19 №-li UGİM, RİOEUGŞM, HRŞDK, Əlifba Uşaq Tədris Evi, “Ay Ulduz” İdman Klubu, “Sərhədçi” İOM, T.İsmayılov adına UGYS, “Neftçi” İSM və Respublika Şahmat Klubunu təmsil edən 110 nəfər idmançı (onlardan 34 nəfəri qızlardır) iştirak edir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilir. Yekun nəticələrə əsasən ilk 6 yeri tutmuş oğlan və qız iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.