Oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2006 – 2007-ci il təvəllüdlü və 2008 – 2009-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 56 nəfər idmançı (onlardan 20 nəfəri qızlardır) iştirak etmişdir.
Yekun nəticələrə əsasən 2006 – 2007-ci il təvəllüdlü qızlar arasında I yeri 7,5 xalla Aydan Şükürova (4 №-li RİOEUGŞM), II yeri 6 xalla Dəniz Dövlətzadə (3 №-li RİOEUGŞM), III yeri 6 xalla Xumar Məhərrəmova (4 №-li RİOEUGŞM), oğlanlar arasında I yeri 7,5 xalla Elcan Əbdülkərimli (4 №-li RİOEUGŞM), II yeri 7 xalla Aqil İsrailov (11 №-li UGİM), III yeri 6,5 xalla Kamal İsfəndiyarlı (3 №-li RİOEUGŞM), 2008 – 2009-cü il təvəllüdlü qızlar arasında I yeri 7,5 xalla Xana Nəsirova (HİRŞDK), II yeri 7,5 xalla Dəniz Hüseynli (Şah Klub), III yeri 6,5 xalla Aliyə Mahmudova (3 №-li RİOEUGŞM), oğlanlar arasında I yeri 7,5 xalla Orxan Bağırov (3 №-li RİOEUGŞM), II yeri 7,0 xalla Müthad Gülümov (3 №-li RİOEUGŞM), III yeri 6 xalla Əhmədağa Haşımov (4 №-li RİOEUGŞM) tutmuşlar.
Qeyd edək ki, 2006 – 2007-ci il təvəllüdlü oğlanlar arasında ilk 10 yeri, 2008-2009-cü il təvəllüdlü oğlanlar arasında ilk 15 yeri, həmçinin hər iki yaş qrupunda ilk beş yeri tutan qızlar respublika birinciliyinə vəsiqə qazanmışlar.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışların baş hakimləri qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.