Bakı və Sumqayıt şəhərlərinin komandaları arasında üzgüçülük turniri keçirilmişdir

Sumqayıt Olimpiya İdman Kompleksində Bakı  və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarələrinin təşkilatçılığı, Sumqayıt Olimpiya İdman Kompleksinin dəstəyi  ilə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Bakı və Sumqayıt şəhərlərinin komandaları arasında üzgüçülük turniri keçirilmişdir.

Turnirdə Bakı və Sumqayıt şəhərlərini təmsil edən 52 nəfər idmançı iştirak etmişdir. Yekun nəticələrə görə Aysu Əsədzadə, Əli Muradlı, Mənsər Kərimli, Rza Səlimli, Ayxan Gülməmmədli, Gülay Bayramlı, Yusif Əsgərli, Məcid Məmmədzadə, Anar Mikayılov, Nuray Hüseynzadə, Əli Əhmədov, Alyoşa Boroday, Canar Vəlizadə turnirdə uğurla çıxış edərək mükafatçı yerlərə layiq  görülmüşlər.

Qalib və mükafatçılara hər iki Baş İdarələr tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri təqdim olunmuşdur.