Sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Güvən İdman Klubunda 2002-2003-cü il təvəllüdlü idmançıalr arasında sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə 7 çəki dərəcəsi üzrə 82 nəfər idmançı mübarizə aparmışdır.
Yekun nəticələrə əsasən yarışda 58 kq çəki dərəcəsində I yerə Nicat İsmayılov (6 saylı İOEUGİM), 64 kq çəki dərəcəsində I yerə Nicat Məmmədli (6 saylı İOEUGİM), 71 kq çəki dərəcəsində I yerə Ricad Nadirov (6 saylı İOEUGİM), 79 kq çəki dərəcəsində I yerə Pünhan Göyüşov (Çempion İK), 88 kq çəki dərəcəsində I yerə Məhəmmədəli Əliyev (Yasamal-Sambo İK), 98 kq çəki dərəcəsində I yerə Fərəc Gözəlov (6 saylı İOEUGİM), +98 kq çəki dərəcəsində I yerə Həşim Abdullayev (Yasamal-Sambo İK) layiq görülmüşlər.
I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.