Müstəqilliyin Bərpası Günü münasibətlə “N” saylı hərbi hissədə tədbir təşkil edilib
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirildi. Tədbirdə hərbi hissənin təlim-tərbiyə işləri üzrə komandir müavini mayor Mirdaməd Nağıyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov iştirak etmişlər. Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd etmişlər.
Sonra əsgər və zabitlər arasında “Breyn-ring” intelektual oyunu keçirilmışdır. Qalib komandalar Baş İdarə tərəfindən medal, fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
Sonda incəsənət nümayəndələri konsert proqramı ilə çıxış etmişlər. Vətənpərvərlik mahnılarının sədaları altında əsgərlər rəqs etmişlər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş etmişdir.