Kikboksinq üzrə açıq turnir keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman kompleksində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında açııq turnir keçirilmişdir. Yarışda paytaxtla yanaşı, Goranboy, Göyçay və Qax rayonlarını təmsil edən 288 idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse – prezidenti Ramal Aslanov, Həsən Hüseynov və digər qonaqlar iştirak ediblər.
Nəticələrə əsasən müxtəlif yaş və çəki dərəcələri üzrə Nəcəf Nəcəfli (37 kq), Nazim Verdiyev (42 kq), Oktay İsmayılov (47 kq), Mirfərid Seyidli (52 kq), Pərviz Əliyev (54 kq), Rəvan Pirizadə (57 kq), Zaur Məhərrəmov (57 kq), Elcan Tanrıverdiyev (60 kq), Turan Abdullayev (63,5 kq), Aqşin Dəmirov (71 kq), İlqar Zeynallı (86 kq) I yerlərə layiq görülüblər.
İlk üçlüyü tutan idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.