Zəfər Günü münasibətilə hərbi hissədə tədbir keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində Zəfər Günü münasibətilə tədbir keçirilib.
İlk öncə ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vətən Müharibəsi iştirakçılarının, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışılıb.
Bildirilib ki, döyüşlər zamanı Azərbaycan Ordusu qüdrətini, Azərbaycan əsgəri gücünü bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi ilə haqq-ədalət bərpa edildi, xalqımızın otuz ilə yaxın həsrətinə son qoydu.