“Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə Ağdamın işğaldan azad edilməsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual yarış keçirilib.
İlk öncə Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İntellektual yarışda 25 komanda iştirak edib. Bilk yarışmasında Ağdam rayonunun tarixindən, orada aparılan tikinti-quruculuq işlərindən, müzəffər Azərbaycan ordusunun Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlar, qəhrəman döyüşçülərimiz, dövlətçilik quruculuğumuz haqqında müxtəlif suallar verilib.
Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə görə, “1 Nəfər + ?” komandası qalib olub. “ATMOS” komandası ikinci, “Sol İnvictus” komandası üçüncü yerə layiq görülüb. Yarışın qalibləri BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.