“Şən Delfin” Bakı şəhər payız açıq birinciliyi keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük üzrə  “Şən Delfin” Bakı şəhər payız açıq birinciliyi keçirilmişdir. Birincilikdə müxtəlif idman klub və cəmiyyətləri təmsil edən 123 idmançı  iştirak etmişdir.

Nəticələrə görə  100 m. qarışıq üsulla  Məryəm Cavadova, Ramal Sadıqlı, 50 m.  batterflay üsulla Məryəm Cavadova, Amin Oruclu, 50 m. arxası üstə üsulla  Xədicə Qasımzadə, Timur Nikiforov,  100 m. batterflay üsulla  Mehri Əbdürəhmanlı, Fərhad Şirməmmədli, 100 m.arxası üstə üsulla  Mehri Əbdürəhmanlı, Daniel Muhammed,  200 m. qarışıq  üsulla  Xumar Mustafayeva,  Daniel Muhammed  I yerə layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubokla mükafatlandırılmışlar.