Sambo üzrə açıq Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Güvən İdman Klubunda kişilər arasında sambo üzrə açıq paytaxt çempionatı keçirilib.
Çempionatda 90 idmançı 7 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb.
YarışdaÜlvi Sadıqov (58 kq), Əbdürrəhman Səbzalıyev (57 kq), Elvin Bağırov (64 kq), Tural Allahverdiyev (71 kq), Hacalı Qasımov (79 kq), Adil Adilzadə (88 kq), Cəlil Xəlilzadə (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) qızıl medal qazanıblar.
İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.