“Abad məhəllələrdə” idman yarışları davam edir

“Ümummilli Lider Heydər Əliyev İli”nə həsr olunmuş  “İdman Həftəsi” çərçivəsində paytaxtın abad məhəllələrində məktəblilər arasında idman yarışları davam edir.
Yasamal rayon Yeni Yasamal yaşayış massivində yerləşən  “Abad Məhəllədə”  şahmat və turnikdə dartıma üzrə idman yarışları keçirilib.
Yarışlarda turnikdə dartınma üzrə  I yeri Elcan Heydərov, II yeri Səid Əbilov, III yeri Əli Əliyev, şahmat üzrə isə I yeri Sabir Məmmədov, II yeri Cəfərsadiq Məmmədli, III yeri Rövşən Zəki tutmuşlar.
Qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.