“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təhsildə, ictimai işlərdərdə fərqlənən bir qrup gənc xanımlarla görüş keçirildi.
Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib. Azərbaycan qadınının müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verməsindən söz açan Raqif Abbasov qeyd edib ki, qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərlə çiyin-çiyinə çalışan böyük qüvvədirlər. Bir çox sahələrdə məhz qadınların fəaliyyəti sayəsində böyük müvəfəqiyyətlər qazanılır, uğurlar əldə edilir.
Gənc xanımların müxtəlif sahələrdə qazandıqları uğurlara diqqət çəkən idarə rəisi onlara uğurlar, xoşbəxtlik, can sağlığı arzulayıb.