Bakı Dövlət Cıdır Meydanında konkur yarışı keçirilib

Bakı Cıdır Meydanında Novruz bayramına həsr olunmuş konkur yarışları üzrə Bakı şəhərt turniri keçirilmişdir. Yarışlar baş hakim Elmar Əsədovun rəhbərliyi ilə keçirilmişdir. 80  sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Şahzadə ləqəbli atla Rəhimov Nicat, II yeri Sina ləqəbli  atla Cahangir Novruzbəyli , III yeri Püstə ləqəbli atla Nicat Ağayev , 100 sm hündürlükdə maneələri dəfetmə üzrə yarışda I yeri Purpur ləqəbli atla Zümrüd Həsənova, II yeri Sina ləqəbli atla İlham  Əlizadə və III yeri Şahzadə ləqəbli atla Məhəmməd İmanov tutmuşlar.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın atçılıq idmanı üzrə koordinator – kuratoru Elmar İbadlı, atçılıq idmanı məktəbinin direktoru İlhamə Şərifova yarışda qalib gəlmiş idmançıları təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.
Sonda yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplom və medallarla  təltif olunmuşlar.